Balakən sakini itkin düşüb

09:05 13-08-2018 7
loading...

Balakən sakini naməlum şəraitdə itkin düşüb.

FHN-dən HerGun.Az-a verilən məlumata görə, 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlu avqustun 10-da Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə yoxa çıxıb.

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri S.Ramazanovun axtarışlarına cəlb olunub. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Əlavə məlumat veriləcək.