Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəhram Bağırzadənin səhhətindən danışdı

22:00 19-06-2020 545

“Bəhram Bağırzadənin ümumi sağlamlıq vəziyyəti stabil, kritik ağır olaraq qalır”.

HerGun.Az xəbər verir ki, bu sözləri Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev ATV kanalında yayımlanan “ATV xəbər” proqramına verdiyi müsahibəsində deyib. B.Musayev Əməkdar artistin sağlamlığında cüzi irəliləyişin olduğunu bildirib:

“Müəyyən laborator rentgenoloji göstəricilərdə cüzi yaxşılaşma qeyd edilir. Lakin Bəhramın vəziyyəti hələ də ağırdır”.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirusa yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. B.Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Rəşad Əliyev