Dünyanın ən zərərli mətbəxləri - REYTİNQ

23:20 15-09-2018 13
loading...

Ekspertlər insan səhhətinə daha çox ziyanlı olan dünya mətbəxlərinin siyahısını tərtib ediblər.

HerGun.Az Ren.TV-yə istinadla xəbər verir ki, ən yüksək kalorili yeməklər Çexiyaya məxsusdur. Burada milli mətbəxin mayalı xəmirdən hazırlanmış yeməkləri pivə ilə qəbul edilir. Elə bu səbəbdən də ölkədə çox sayda insan piylənmədən əziyyət çəkir.

İkinci yerdə ABŞ-ın milli mətbəxidir. Ölkədə burgerlər, pitsalar, həmçinin Çin mətbəxinin müxtəlif yeməkləri üstünlük təşkil edir.

Üçüncü – Almaniyadır: donuz əti, sosiskalar və kolbasalar, şnitsel və əlbəttə ki, pivə.

Sonrakı yerlərdə Belçika, Macarıstan və Argentina qərarlaşıb.

Siyahıda ərəb ölkələri də yer alıblar, əsasən lülə kabab və müxtəlif növ şirniyyatlara görə.

Keçmiş Sovetlər birliyindən Belarus, Türkmənistan, Qırğızıstan və Qazaxıstan da sözügedən sıralamada xatırlanıb.