Bakıda evdən qadın meyiti tapılıb

05:40 21-06-2020 416

Bakının Yasamal rayonunda mənzildə 87 yaşlı qadının meyiti tapılıb.

Bu barədə HerGun.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1933-cü il təvəllüdlü Konkovskaya Yevgeniya Andreyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.