Türkiyədə koronavirusla bağlı son rəqəmlər açıqlandı

22:20 29-08-2020 500

Bu gün Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından 39 nəfər ölüb.

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca özünün sosial media hesabında yazıb. 

Bildirilir ki, son sutka ərzində 101 414 şübhəli koronavirus testindən keçib, onlardan 1549-nun  cavabı pozitiv çıxıb, ağır xəstə sayı 917 nəfər olub, 1003 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 267 064 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 242 812 nəfər sağalıb, 6284 nəfər ölüb.