Bakıda yaşayış binasının zirzəmisində yanğın başlayıb

19:00 30-08-2020 434

Paytaxtın Nizami rayonunda yerləşən binanın zirzəmisində yanğın qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə Bakı Metrosunun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında yerləşən yüksəkmərtəbəli yaşayış binasında baş verib. Zirzəmidə məişət tullantıları yanır.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.