Avtomobillə yataq otağına girdi

04:40 31-08-2020 362

Türkiyənin Tokat vilayətində baş verən qəzada faciədən dönülüb.

Bu barədə “Haberturk” məlumat yayıb.

Bildirilir ki, T.Üzeyirin idarə etdiyi avtomobil yolun kənarındakı evin divarına çırpılaraq, yataq otağına girib. Nəticədə sürücü və ev yiyəsi Ç.Ahmet yaralanıb. 

İlkin tibbi yardım göstərilən yaralılar xəstəxanalara yerləşdiriliblər.