Azərbaycanda daha bir telekanalın rəhbəri dəyişdi

19:00 12-02-2019 9

“İdman Azərbaycan” telekanalının rəhbərliyində dəyişiklik olub.

HerGun.Az-ın əldə etdiyi xəbərə görə, telekanal yarandığı gündən fəaliyyət göstərən, futbol və “Formula-1” yarışlarının şərhçisi, baş redaktor müavini Siyavuş Əliyev bundan sonra baş direktor olacaq.

O bu vəzifədə 2015-ci il 5 may tarixli sərəncamla AzTV-nin sədr müavini təyin olunmuş Elsevər Dünyamalıyevi əvəzləyib. Bu təyinat yaxın günlərdə rəsmi şəkildə açıqlanacaq.

Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov yanvarın 15-də vəzifəsindən uzaqlaşdırıldıqdan sonra telekanala müvəqqəti olaraq Rövşən Məmmədov sədr təyin edilib.

Bu üzdən AzTV və onun balansında olan “İdman Azərbaycan”la “Mədəniyyət” telekanallarının rəhbər postlarında dəyişikliklərin olması gözlənilir.

Səbuhi MUSAYEV

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar