Koçaryana yeni ittiham irəli sürüldü

21:18 12-02-2019 10

Ermənistanın sabiq prezidenti Robert Koçaryan iri məbləğdə rüşvət almaqda ittiham olunur.

RİA “Novosti”nin məlumatına görə, bunu Koçaryanın vəkilləri bildiriblər.

Qeyd olunur ki, bu gün Xüsusi İstintaq Xidməti R. Koçaryana yeni ittiham irəli sürüb. Ölkənin konstitusiya quruluşunun dəyişdirilməsində günahlandırılan sabiq prezident indi də xüsusi ilə iri məbləğdə rüşvət almaqda ittiham olunur.

Xatırladaq ki, yanvarın 18-də Yerevan məhkəməsi sabiq prezidenti girov müqabilində azadlığa buraxmaqdan imtina edib.Məhkəmənin qərarı ilə R. Koçaryanın həbs müddəti daha iki ay uzadılıb.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar