İtaliyalı futbolçu nənəsinin pensiyasından gileyləndi

01:45 13-02-2019 15

Rusiyanın “Spartak” klubunun italiyalı legioneri Salvatore Bokketti nənəsinin pensiyasının məbləğindən şikayət edib.

Chempionat.com” saytının məlumatına görə, futbolçu nənəsinə maddi yardım etdiyi üçün məmnun olduğunu bildirib.

“Nənəmə normal yaşayış üçün pensiyası kifayət eləmir. O, ayda 600 avro müavinət alır. Nənəmə kömək etdiyim üçün məmnunam. Hazırda İtaliya iqtisadiyyatı heç də yaxşı səviyyədə deyil”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Bokketti 2013-cü ildən “Spartak”ın şərəfini qoruyur.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar