Əynindəki köynək uşağı ölümdən xilas etdi - VİDEO

09:18 13-02-2019 29

Tailandda binanın damından yıxılan dörd yaşlı qız möcüzəvi şəkildə sağ qalıb. Əynindəki köynək binanın üzərindəki relyefli yazılara ilişdiyindən azyaşlı yerə çırpılmayıb.

Videogörüntü “Coconuts” informasiya portalında yayımlanıb.

İnsident fevralın 10-da baş verib. Myanmadan olan uşaq Kançaburi şəhər xəstəxanasında yatan atasına baş çəkməyə gedib. Nəzarətsiz qalan uşaq oynamaq üçün yeddi mərtəbəli binanın damına qalxıb. Gözünə dəyən kərtənkələni tutmaq istəyərkən damın kənarından aşıb. Qızı ölümdən məhz binanın relyefli yazısına ilişən köynəyi xilas edib.

Qışqırıq səslərinə gələn xəstəxana əməkdaşları qızın əlindən tutaraq onu yuxarı qaldırıb. Hadisə nəticəsində azyaşlının heç bir xəsarət almadığı bildirilir.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar