Şəmkirdə qəza: iki maşın toqquşdu

22:45 11-08-2019 9

Şəmkir rayonunun Çinarlı kəndində “VAZ" markalı iki minik avtomobili toqquşub. 

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü maşından  çıxararaq aidiyyəti üzrə təhvil veriblər.