ABŞ “greencard”ların verilmə qaydalarını mürəkkəbləşdirəcək

08:18 13-08-2019 610

Ağ ev “greencard”ların (daimi viza) verilmə qaydalarını mürəkkəbləşdirən yeni qayda tətbiq edəcək.

Reuters xəbər verir ki, gəlir standartlarına uyğun olmayan iddiaçılara daimi viza verilməyəcək.

Yeni qayda oktyabrın 15-də qüvvəyə minəcək. Yaşadığı ölkədə aşağı gəliri və sosial təminata ehtiyacı olan şəxslərə daimi və müvəqqəti viza verilməyəcək.

Yeni qayda miqrantların ABŞ-da leqallaşmasına əngəl törədəcək.  

Ekspertlərin fikrincə, yeni qayda Tramp adminisrasiyasının ən radikal qərarlarından biri olacaq.