Nikah öncəsi cütlüklərin psixoloji uyğunluğu yoxlanılmalıdırmı? - SORĞU

18:36 14-03-2019 16

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi evlənmək istəyən şəxslərin nikah öncəsi tibbi müayinəsi ilə yanaşı, psixoloji uyğunluğunun yoxlanılmasını da təklif .

Komitə sədri Hicran Hüseynovanın sözlərinə görə, şəxslər arasında daha çox düzgün seçimin edilməməsi, düşüncə və psixoloji fərqin mövcudluğu boşanma hallarına səbəb olur.

Buna görə də nikah öncəsi tibbi müayinə ilə yanaşı ailə quracaq gənclərin müvafiq psixoloji uyğunluğunun yoxlanılması olduqca vacibdir.

Məsələ ilə bağlı biz də şəhər sakinləri arasında sorğu keçirdik. Nikah öncəsi cütlüklərin psixoloji uyğunluğu yoxlanılmalıdırmı?

Sail Ağasəlim, Orxan Hüseynzadə