Keçmiş məhbuslar niyə iş tapa bilmir? - ARAŞDIRMA

16:18 15-03-2019 5

Beş ay öncə azadlığa buraxılan Sədi Mirzəyev özünə iş tapa bilmir.

O, əvvəlcə Xəzər rayonunun Məşğulluq mərkəzinə müraciət edib və işə götürülüb. Amma  hazırda işsiz olduğunu və işə götürülmədə problemlər yaşağını deyir.

Sosioloq Cavid İmamoğlu Baku TV-yə açıqlamasında bildirib ki, məhkum olunmuş şəxslərə qarşı təkcə vətəndaşlar deyil, dövlət orqanlarında da münasibət birmənalı deyil.

Dünya praktikasında məhkumluq müddətini bitirmiş şəxslərin azadlığa çıxması ilə bağlı xüsusi plan hazırlanır. Həmin plana əsasən, sosial işçilər, psixoloqlar məhkumu müstəqil həyata hazırlayırlar.

İkinci mərhələ isə azadlığa çıxdıqdan sonra həyata keçirilir və bu zaman altı aylıq plan hazırlanır. Həmin müddət ərzində məhkuma sosial, psixoloji, tibbi dəstək olunur, məşğulluğun və sosial rifahının təmin edilməsi məqsədilə CV yazmaq, iş axtarmaq qaydası öyrədilir.

Bəs Azərbaycanda vəziyyət necədir?

Baku TV əməkdaşlarının mövzu ilə bağlı hazırladığı araşdırmanı təqdim edirik:

İlhamə Kələyeva, Orxan Hüseynzadə, Valeh Arifoğlu