İlkin, Bayram, Elgiz də azadlığa qovuşdu

11:27 17-03-2019 7

13 saylı cəzaçəkmə müəssisəsində Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb.

Oxu.az xəbər verir ki, sözügedən cəzaçəkmə müəssisəsindən azadlığa çıxanlar arasında “Nida” vətəndaş hərəkatının üzvü Bayram Məmmədov və İlkin Rüstəmzadə də var.

Pentensiar Xidmətin Təşkilat nəzarət idarəsinin rəisi Vüqar Abışov bildirib ki, 13 saylı cəzaçəkmə müəssisəsindən 42 nəfər əfvə düşüb.

“Nida”nın digər üzvlərdindən olan Elgiz Qəhrəman da bu gün azadlığa buraxılanlar arasındadır. O, 17 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Samir İsayev