Rusiyalı müğənninin nədən öldüyü məlum oldu

14:45 17-03-2019 17

Xəbər verdiyimiz kimi, məşhur rusiyalı müğənni Yuliya Naçalova ötən gün ayağının amputasiya əməliyyatındam sonra dünyasını dəyişib.

HerGun.Az xəbər verir ki, Yuliyanın atası Viktor Naçalov qızının hansı səbəbdən öldüyü haqda mediaya məlumat verib. 

“Bədənində abses (iltihab nəticəsində irin yığılması-red.) baş verib. Həkim personalının bütün cəhdlərinə rəğmən qızımın ürəyi tab gətirmədi və o, dünyası dəyişdi”, - deyə müğənninin atası bildirib. 

Qeyd edək ki, Yuliya Naçalova 31 yanvar 1981-ci il tarixində Voronej şəhərində peşəkar musiqiçi ailəsində dünyaya gəlib. Atası musiqi ansamblın direktoru, anası isə kollektivin solisti olub. Yuliya 1991-1992-ci illərdə keçirilən “Utrennyaya Zvezda” adlı musiqi yarışmasının qalibi olub. Sənətçi karyerası boyunca bir çox musiqi albomları yazdırmaqla yanaşı özünü kino sahəsində aktrisa kimi sınayıb. 

Üzərində işləməyi sevən Naçalova “Rossiya 1” telekanalında yayımlanan “Odin v odin” şousunda da möhtəşəm perfomansları ilə izləyiciləri təəccübləndirib. O, “Uçitel”, “Duymovoçka”, “Qeroy ne moyeqo romana”, “Mejdu mnoy i toboy” və digər hitləri ilə izləyicilərin sevgisini və rəğbətini qazanıb. 

Rəşad Əliyev