Basqın etdiyi evin sahibinə elektroşok tətbiq etdi

15:54 14-08-2019 10

Tərtər rayonunda bir neçə gün əvvəl evə basqın edərək ev sahibinə işgəncə verən şəxs saxlanılıb.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 5-də rayon ərazisindəki evlərdən birinə girərək ev sahibinə qarşı elektroşok tətbiq edib. Ev sahibinin səs-küyə gəlmiş atası müqavimət göstərdiyindən cinayətkar hadisə yerini tərk edib.

Axtarış nəticəsində Ağdam rayon sakini V.Əliyev saxlanılıb. Onunla birlikdə olan daha iki nəfərin də şəxsiyyətləri müəyyən edilib.

Faktla bağlı araşdırma davam edir.