Xaçmazda iki VAZ toqquşdu: yaralılar var - FOTO

23:54 15-08-2019 1310

Xaçmazda yol nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun Xaçmazın Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ - 2106” markalı avtomobillə “VAZ - 2107” markalı maşınların toqquşması 4 nəfəri xəstəxanalıq edib.

Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi rayon xəstəxanasının travmotologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tehran Orucoğlu