COVID-19-a yoluxduqları üçün kimlər Avropa çempionatına gedə bilmədi?

16:40 23-08-2021 497

Koronavirusa yoluxmuş azərbaycanlı karateçilərin adları bəlli olub.

Bu barədə HerGun.Az-a yeniyetmə və gənclərdən ibarət millimizin baş məşqçisi Anar Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, 14-15 yaşlı yeniyetmə millimizin üzvləri olan Məhəmməd Xamoyev, Xudaş Ağayev, Amin Yadigarlı və İlahə Məmmədovada yarışdan bir gün əvvəl Bakıda verilən PCR testinin nəticələri pozitiv çıxıb. Ancaq onların səhhəti qaydasındadır və ev şəraitində müalicə alırlar.

Qeyd edək ki, həmin idmançılar Finlandiyanın Tampere şəhərində keçirilən yeniyetmə, gənclər və U-21-lərin Avropa çempionatında iştirak etməli idilər. Lakin onların avqustun 15-də verdiyi testlər pozitiv çıxdığından, yarışda iştirak edə bilməyiblər.

Xatırladaq ki, yeniyetmə və gənclərdən ibarət millimiz bu yarışda üç qızıl, bir gümüş və üç bürünc medal qazanmaqla Türkiyə və İtaliyadan sonra üçüncü yerə çıxıb. Maraqlıdır ki, komandamız ötən il Budapeştdə keçirilmiş Avropa çempionatında da dörd qızıl, bir gümüş və üç bürünc medal qazanmaqla Türkiyə və Fransanın ardından üçüncü olmuşdu.

Səbuhi Musayev