Tramp Ərdoğanın kürəkəni ilə görüşdü - FOTO

10:09 16-04-2019 9

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakı qəbul edib. 

Bununla bağlı türkiyəli nazir sosial şəbəkədə məlumat verib. 

Ağ Evdə baş tutan görüşdə Türkiyənin Rusiya istehsalı S-400 zenit raket kompleksini alması məsələsi müzakirə edilib. Tramp S-400-lərə ehtiyac olduğu üçün bu məsələni məqbul hesab edib. 

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mesajını Trampa çatdırdıq. S-400-lərə ehtiyac olduğu üçün bunu məqbul hesab etdi. Lazımi mesajları Türkiyəyə qayıdan zaman Ərdoğana çatdıracağıq”, - Albayrak bildirib. 

Bu, Trampın hər hansı əcnəbi nazirlə ilk görüşü olub. 

Məlumat üçün bildirək ki, Berat Albayrak R.T.Ərdoğanın kürəkənidir.

Samir İsayev