“Yuventus” İskoya elçi düşüb – Ronaldunun xahişi ilə

09:00 15-05-2019 7

Madridin “Real” klubunun yarımmüdafiəçisi İsko Turinin “Yuventus” klubuna keçə bilər.

Bu barədə Gazeta.ru yazır.

Məlumata görə, İtaliya klubu futbolçunu heyətinə qatmaq üçün 60 milon avroya qədər ödəniş etməyə hazırdır. Futbolçu özü də artıq komandanı tərk etmək istəyir.

Digər yandan, “Real”ın baş məşqçisi Zinəddin Zidanın növbəti mövsümdə ona şans verəcəyi gözlənilmir.

Mənbənin bildirdiyinə görə, İskonu almağı “Qoca sinyora” rəhbərliyindən Kriştianu Ronaldu xahiş edib.