Əlilliyin qiymətləndirilməsi üzrə e-sistem xüsusi mükafata layiq görüldü

17:54 15-05-2019 8

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi proqram əsasında verilmiş aktivlərdən səmərəli istifadə üçün daha təkmil formada metodiki dəstək mexanizminin qurulması işlərinə başlayıb.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSM) məlumat verilib.

Xüsusilə proqrama cəlb olunanların 85 faizi biznes-planlarına uyğun kənd təəsərrüfatı, xüsusən heyvandarlıq fəaliyyəti üzrə öz təsərrüfatlarını qurur. Onlara verilən mal-qara Qida Təhlükəsizliyi Agentliyi ilə birgə iş müstəvisində mütəmadi baytar yoxlamalarından keçəcək. Mal-qaraya qulluq qaydaları barədə proqram iştirakçılarına müxtəlif formalarda metodiki dəstək tədbirləri həyata keçiriləcək.  

Həmçinin digər fəaliyyət sahələri (xidmət, istehsal və s.) üzrə qurulmuş təsərrüfatlara vaxtaşırı baxış keçirilməklə, avadanlıqlar formasında verilən aktivlərdən düzgün və məqsədyönlü istifadə vəziyyəti təhlil olunacaq, bu istiqamətdə də vətəndaşlara ardıcıl metodiki köməkliklər göstəriləcək.

Bundan başqa, digər məlumata görə, Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Avropa regionu üzrə təşkil edilən “Yaxşı Təcrübə” müsabiqəsində Azərbaycanın daha bir sosial layihəsi - əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem müsbət dəyərləndirilərək BSTA-nın  xüsusi mükafatına layiq görülüb. 

Mükafat BSTA-nın rəsmiləri tərəfindən Nazirliyə təqdim edilib.