Azərbaycan ilə Çexiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub

04:18 17-05-2019 5

Mayın 16-da müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-mayor Fuad Məmmədov ölkəmizdə səfərdə olan Çexiyanın “Ceska Zbrojovka Group SE” şirkətinin prezidenti Lyubomir Kovarikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə HerGun.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Çexiya arasında həyata keçirilən hərbi-texniki əməkdaşlıq çərçivəsində birgə fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub, şirkətin istehsal etdiyi hərbi təyinatlı məhsulların taktiki-texniki xassələri və tətbiqi imkanlarına dair təqdimat keçirilib.