Braziliyada yük avtomobili ilə sərnişin avtobusu toqquşub: 12 nəfər həlak olub – VİDEO

06:40 01-10-2021 431

Braziliyanın şərqində yerləşən Baiya ştatında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 12 nəfər həlak olub.

Qeyd edilir ki, ağac daşıyan yük avtomobili qarşıdan gələn sərnişin avtobusu ilə toqquşub.

Ağır qəza nəticəsində 22 nəfər xəsarət alıb, onlardan altısının vəziyyəti ağırdır.

Qəzanı törədən yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları onun axtarışlarına başlayıb.

Mənbə: “Prensa Latina”