Metronun “Xətai” stansiyası açıldı

11:00 12-09-2019 9

“Bakı Metropoliteni”nin “Xətai” stansiyasının təmirdən sonra açılışı olub. 

Bu barədə HerGun.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, metronun “Şah İsmayıl Xətai” adına stansiyası artıq sərnişinlərin istifadəsinə verilib. 

Qeyd edək ki, “Bakı metropoliteni”nin “Xətai” stansiyası ötən il sentyabr ayının 27-də təmirə bağlanmışdı.