Qadın üç nəfəri aldadıb külli miqdarda pul aldı

11:54 12-09-2019 35

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı və Sumqayıt şəhər sakinləri olan üç nəfər 2018-ci ilin sentyabr ayından cari ilin may ayınadək olan müddətdə Fatimə adlı şəxsin onları aldadaraq ümumilikdə 15.900 ABŞ dolları və 800 manat pullarını aldıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata göörə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini F.Abbaspur olduğu müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

Onun daha üç nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.