Sevdiyi qızı qaçırmağa mane olanı bıçaqladı

12:18 13-09-2019 7

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, 1996-cı il təvəllüdlü Hüseyin Nağıyev sevdiyi Zülfiyyə Məmmədovanı qaçırmaq istəyib.

Hadisəni görən qızın tanışı Arzu Nəcəfov H.Nağıyeva mane olmaq istəyib. Mübahisə zamanı H.Nağıyev A.Nəcəfova dörd bıçaq zərbəsi vuraraq, Z.Məmmədovanı qaçırıb. 

Yaralı dərhal Tovuz Rayon Mərəzi xəstəxanasına çatdırılıb.Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.